Milli Məclisdə DQMV-nin bərpa olunması təklif edilib
1-02-2016, 16:19
0
Milli Məclisdə DQMV-nin bərpa olunması təklif edilib
Zahid Oruc: "Şuşanın adını əyləncə, toyxana mərkəzinə qoyuruq"
Milli Məclisin iclasında Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yenidən bərpa olunması təklifi irəli sürülüb.
Bu təkliflə deputat Zahid oruc çıxış edib. O bildirib ki, 1990-cı illərdə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayəti adının bərpası hüququ həmin ərazinin sahibi kimi Azərbaycana məxsusdur.
Deputat işğal altında olan rayonların adlarının şadlıq saraylarına qoyulmasına da etiraz edib: “Şuşanın adını əyləncə, toyxana mərkəzinə qoyuruq. O rayonlar bizim işğal olunmuş bölgələrimizdir. Belə hallar yığışdırılmaldır”.
скачать dle 12.1