Anjey Kaspşikin mandatı 19-cu dəfə uzadılıb

4-02-2016, 16:01
0
Anjey Kaspşikin mandatı 19-cu dəfə uzadılıb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı daha bir il müddətinə uzadılıb.
 
Bu barədə ATƏT-in mətbuat xidmətindən məlumat verilib. Müvafiq qərar ATƏT Daimi Şurasının iclasında açıqlanıb.
 
Polşalı diplomat 19-cu dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.
 
 
A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır.
скачать dle 12.1
Xəbər lenti