Xocalıdan olan məcburi köçkün ölkə başçısından kömək istədi

15-02-2016, 16:46
0
Xocalıdan olan məcburi köçkün ölkə başçısından kömək istədi

Xocalı rayon sakini, hal-hazırda Bərdə rayon Həsənqaya kənd ərazisində salınmış Yeni Qəsəbədə (7 mərtəbələr) bina 1,mənzil 31-də məskunlaşmış Türbəndəyev Elman Yaqub oğlu ölkə başçısı İlham Əliyəvə məktub ünvanlayıb. Həmin məktubun bir nüsxəsini Xalqxeber.Az-a təqdim edən məcburi köçkün məsələni ictimailəşdirməyimizi xahiş edib. Vətəndaşın xahişini nəzərə alaraq, həmin məktubu olduğu kimi oxucularımıza təqdim edirik:

 

 

 

Cənab prezident! Xocalı rayonunun Cəmilli kəndi 1991-ci il dekabr ayının 14-ü gecə saatlarında işğal edilərkən kənd camaatı meşədə müxtəlif istiqamətlərə səpələnmişdilər.16 dekabrda mən görəndə ki camaatın yarısı yoxdur, Şuşa şəhərində Ulu öndərimizə çox çətinliklə bir teleqram ünvanladım.Ona görə çətinliklə deyirəm ki, teleqramın mətni çox sərt yazıldığından poçt müdiri həmin teleqramı göndərmək istəmirdi.Başqa bir səbəb isə odur ki, deyilənə görə poçt müdirinin anası erməni idi.

Həmin teleqram o vaxtki hakimiyyətin əlehinə çox az sayda yaza bilən qəzetlərdən biri, bəlkə də birincisi olan Azadlıq qəzetinin 20 dekabr 1991-ci il 67(97)-ci № -də " Qarabağda qan tökülür...” başlıqda dərc edilmişdir.

Teleqramda deyilir:Dekabrın 14-dən 15-nə kecən gecə təpədən-dırnağadək silahlanmış erməni quldurları Cəmilli kəndinə basqın ediblər.110 yaşayış evi yandırılıb.Öldürülənlərin meyidini kənddən çıxarmaq mümkün olmayıb. Cəmilli kəndindən sonra qonşu Canhəsən kəndi boşaldılıb.Kərgicahan ,Kosalar və azərbaycanlılar yaşayan başqa kəndlərin boşalma təhlükəsi var.Respublika rəhbərliyinin ikibaşlı siyasəti bizə baha başa gəlib. Qarabağda yaşayan azərbaycanlılar kimlər üçünsə girova çevriliblər.Kənd camaatının ümidi sizədir.Kəndin erməni quldurlarından təmizlənməsi və meşələrə qaçmış əliyalın camaatımızın geri qayıtması üçün bizə kömək etməyinizi xahiş edirik.

Qəzetin əsli məndə qalır. Lazım olsa təqdim edə bilərəm.

Cənab prezident o vaxtlar bu teleqramdan ötrü başıma çox oyunlar gəlsə də mən yazdığımın üstə durdum və heç də peşiman deyiləm.Ona görə ki, Ulu öndər hakimiyyətə gəldikdən sonra Respublikamız üçün gördüyü müsbət işlər hamımıza bəllidir. Çox şükürlər olsun ki,bu gündə Siz Ulu öndərin yolunu davam edərək yarımçıq qalmış işləri davam etdirirsiniz.Mən də öz mövqeyimdə qalaraq Heydər Əliyevin qoyub getdiyi siyasəti dəstəkləyirəm.

Cənab prezident! Təəssüf doğuran bir səbəb var ki,bu gün hakimiyyətdə olan məmurların heç biri 1991-ci ildə mən edəni edə bilməzdilər. Hətta tanıdığım ətrafımdakı məmurlar məni daş-qalaq edirdilər ki,bu nə teleqramdı vurmusan qəzetdə dərc edilib.

Cənab prezident! Bu günkü məmurların çoxu Sizi aldadır. Sizin yanınızda mələk donu geyinən məmurların bir çoxu əhalinin içində qəzəblənmiş aslana oxşayırlar.Sizin son üç müşavirədə dediklərinizdən də ibrət dərsi götürmək istəmirlər.

Cənab prezident! Mən mühüm bir iş barədə sizə məlumat vermək istəyirəm. Dövlət Qaçqınkomda karrupsiya və özbaşnalıq baş alıb gedir.Köçkünlərə tikilən evlərin heç birində 7 mərtəbələrdə işlər sənədlərdə göstərilənlərlə uzlaşmır. Çox ucuz materiallardan istifadə etməklə keyfiyyətsiz işlər görüblər. Hər gün su boruları partlayır, zirzəmilər suyla dolub, döşəmələr sanki 40-50 ildir vurulub və s.

Cənab prezident !Açılışda əvvəlcədən siz hansı mənzilə gələcəksizsə, həmin mənzili əla, birdə 1-ci 2-ci mərtəbələri nəzarət edən şəxslərə göstərmək üçün orta təmir ediblər .Qalanları isə yarıtmaz haldadır.

Cənab prezident ! Bu hələ harasıdır.Mənzillərin paylanış vaxtı köçkünlərin başına min bir oyun açırlar.Bundan sonra isə qəsəbədə iaşə obyekləri üçün nəzərdə tutulmuş yerin 1 sotunu 6000 (altı min) manata satırlar.Bu barədə vaxtınızı alsam da bir az ətraflı yazacam.Mən özüm və həyat yoldaşım hər ikimiz II qrup MMZ-də əlilik.Mən döyüşüb xəsarət alsam da o vaxt ordumuz rəsmən yaranmadığı üçün Qarabağ Əlili kimi

 

deyil ,pensiyamı Milli münaqişə zəminində əlil kimi təyin etdilər.Həyat yoldaşım isə kənd çıxan zaman başından qəlpə yarası almışdır.

Cənab prezident ! Mənim bir oğlum ,iki qızım var.Oğlumun üç övladından ikisi əlildir.Oğlum neçə ildir ki komputer xidməti ilə məşğuldur.Qəsəbəyə köçən gündən bu vaxta qədər dəfələrlə Əli müəllimə işini davam etdirmək üçün 20-30 m2 torpaq sahəsi almaqdan ötrü ərizə ilə müraciət edib,bir neçə dəfə qəbuluna düşməyə cəhd

etsə də alınmayıb.Nazirlər kabnetində,Komitədə müxtəlif məmurların qəbulunda olub heç bir nəticəsi olmayıb. 15.12.2015-ci ildə Komitədə Gəray müəllimin qəbulunda olub. Gəray müəllim söz verib,bütün sənədlərini və lahiyəni də alıb.Deyib: get oğlum arxayın ol, sənin işin düzəldi.Üstündən 40 gün keçəndən sonra gördük ki,heç bir cavab yoxdur.Komitə ilə əlaqə saxladıq.Dedilər ərizənizə etiraz cavabı yazıb. Ərizələrimizin hamısına yazırlar ki,fərdi qaydada torpaq verilişi dayandırılmışdır.Ancaq bu cavablardan sonra müxtəlif vəzifədə işləyən məmurlara və heç bu qəsəbədə yaşamayan biznesmenə yer veriblər.Əlimdə tikintinin ilkin mərhələsinə başlanmasına dair foto şəkillər də var.Bax budur xalqı hökümətdən narazı salan hallar.Mən inciyib-küssəm də bilirəm ki bu cür məmurlar sizin bugünkü tələblərinizə davam gətirməyəcək və postlarıyla vidalaşacaqlar.

Cənab prezident ! Mənim oğluma 20-30 m2 torpaq sahəsi ayrılmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm. Axı bu torpaq uğrunda oğlumun atası və anası II qrup əlil olublar.Bu gün bizdən 20-30 m2 torpaq sahəsi əsirgəyən məmurun nə özü nə də övladları bu savaşda iştirak etməyiblər.Əyər mənim də pulum olsaydı, mən də digər imkanlı şəxslər kimi torpaq alardım.

Cənab prezident! Bu məmurların bir «yaxşı» xusisiyyəti var.Vətəndaş haqqını müdafiyə etmək üçün yuxarılara məlumat verəndə vətəndaşın adını demoqoq qoyurlar.

Cənab prezident ! Oğlum Türbəndəyev İntiqam Elman oğluna torpaq sahəsi verilməsinə göstəriş verməyinizi bir daha sizdən xahiş edirəm.

 

 

 

İmza : E.Y.Türbəndəyev

 

Tarix: 15.02.2016

Tel: (050) 343 78 80

скачать dle 12.1
Xəbər lenti