Saakaşvili vəzifəsindən azad edildi?
15-03-2016, 13:47
0
Saakaşvili vəzifəsindən azad edildi?
Ukrayna prezidenti Petro Poroşenko Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini vəzifəsindən azad edib.
Qafqazinfo-nun yazdığına görə, bu barədə Ukrayna qəzeti olan Odessit.ua məlumat yayıb.
Məlumata görə, onun işdən qovulmağı ilə bağlı qərar prezident tərəfindən "açıq tarix"lə yazılıb. Qeyd edilib ki, hələlik Saakaşvilinin yerinə təyinat olmayıb.
Daha əvvəl də KİV-lər martın əvvəllərində qubernatorun vəzifədən azad ediləcəyi ilə bağlı məlumatlar yayırdılar.
Mixail Saakaşvilinin müşaviri, Gürcüstanın Ukraynadakı keçmiş baş konsulu Teymuraz Nişnianidze Saakaşvilinin vəzifədən getməsi ilə bağlı yayılan xəbərlərin yalan olduğunu bildirib.
Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko, həmçinin, bu xəbəri təkzib edib. Onun öz Facebook səhifəsində yazdıqlarına əsasən, Poroşenko Saakaşvilinin vəzifədən azad edilməsi haqda heç bir sərəncam imzalamayıb. Tseqolko qeyd edib ki, Ukrayna prezidenti Odessa vilayətinin qubernatoru olan Saakaşvili ilə telefon danışığı əsnasında regionun inkişaf layihələrini müzakirə edib.
скачать dle 12.1