Müsavatçı gənc tanımadığı naməlum şəxslər tərəfindən döyüldü...

1-06-2015, 13:20
0
Müsavatçı gənc tanımadığı naməlum şəxslər tərəfindən döyüldü...

33 yaşlı Bakı sakini Balıyev Tanrıverdi Gümrah oğlu paytaxtın Nərimanov rayonu  Ə.Əlizadə  küçəsində tanımadığı şəxslər tərəfindən döyülüb.

Məlumata görə, o, ətrafdakı şəxslər tərəfindən Bakı Şəhər 1 saylı klinik Xəstəxanasına təcili yardım xətti ilə kritik ağır vəziyyətdə çatdırılıb. Daxil olan zaman həkimlər Balıyev Tanrıverdinin başında və bədəninin bir neçə nahiyəsində ciddi xəsarətlər aşkar edib. Balıyev Tanrıverdi qeydiyyatı olduğu ərazi üzrə şəhər poliklinikasında müalicəsini davam etdirmək üçün evə buraxılmışdır.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib. Xəstəxanada ifadəsi alınan  Tanrıverdi,  Nərimanov rayonu  Ə.Əlizadə  küçəsində, tanımadığı bir neçə nəfər tərəfindən döyüldüyünü deyib.

 

Hadisənin təfərrüatlarını rayon polisi araşdırır. Balıyev Tanrıverdiyevə ciddi xəsarət yetirən şəxslərin kimliyi dəqiqləşdirilir. 

скачать dle 12.1
Xəbər lenti