Türkmənistanda prezidentinin səlahiyyətləri artırıldı

14-09-2016, 17:41
0
Türkmənistanda prezidentinin səlahiyyətləri artırıldı
Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğv edilib.
 
Bundan başqa, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.
 
Bu, Türkmənistan parlamentinin qəbul etdiyi yeni Konstitusiyada əksini tapıb.  
 
Parlament yeni Konstitusiyanı sentyabrın 13-də yekdilliklə qəbul edib. Prezident Qurbanqulu Berdımuhəmmədov dərhal qanunu imzalayıb və sənəd qüvvəyə minib.
 
2008-ci ildə qəbul edilmiş köhnə Konstitusiyaya görə Türkmənistanda doğulmuş, bu ölkənin vətəndaşı olan, yaşı 40-dan 70-ə qədər şəxslər prezident seçilə bilərdi.
 
Artıq "yaşı 70-dən yuxarı olmayan" tələbi qanundan çıxarılıb.
скачать dle 12.1
Xəbər lenti