Bunlar tənqidlə düzəlməz, meydanlara çıxmaq lazımdır

16-09-2016, 18:11
0
Bunlar tənqidlə düzəlməz, meydanlara çıxmaq lazımdır

AXCP sədri Əli Kərimli facebook səhifəsində 17 sentyabr mitinqi ilə bağlı xalqa müraciət etdi:

“Əziz həmvətənlər, gəlin açıq danışaq. Böhranın dərinləşdiyi son il yarımda biz bankların dəhşətli faizləri altında inildəyən, son çarəni intiharda görən çarəsizlərin faciəsindən yazdıq, siz haqlı olaraq bizi meydana dəvət etdiniz. Biz təhsilsiz, evsiz və perspektivsiz, taleyin ümidinə buraxılmış gəncliyin, işsizin, Qarabağ qazisinin, şəhid ailəsinin, pensiya ümidinə qalmış ailələrin dərdindən yazdıq, siz haqlı olaraq, mitinq tələb etdiniz. Biz korrupsiyanı, monopoliyanı, israfçılığı, ədalətsizliyi, məmur özbaşınalığını tənqid etdik, siz haqlı olaraq qeyd etdiniz ki, bunlar tənqidlə düzəlməz, meydanlara çıxmaq lazımdır. Bütün bu ardıcıl çağırışlardan sonra biz yenidən xalqı mitinq meydanlarına səslədik. 17 sentyabr mitinqinin sifarişi də sizlərdən gəldi. Meydan da, mitinq də sizindir! Gəlin, hakimiyyətə etirazımızı birlikdə bildirək!”

скачать dle 12.1
Xəbər lenti