Rəsul Mürsəlovun ailəsi oğlundan imtina etdi

9-09-2015, 18:58
0
Rəsul Mürsəlovun ailəsi oğlundan imtina etdi

Keçmiş siyasi məhbus, hazırda mühacirətdə yaşayan gənc fəal Rəsul Mürsəlovun ailəsi, oğlundan imtina etdiyini bəyan edən müraciət yazdı. Respublika Prezidenti, Baş Prokurorluq, Ombudsman və digər aidiyyatı qurumlara müraciət edilir. Müraciəti gənc fəalın atası Maarif Mürsəlov mətbuata ünvanlayıb.

 

Azərbaycan Respublikası vətəndaşı Maarif Mürsəlov tərəfindən, Azərbaycan Respublikası Prezidenti, Ombudsman, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və digər aidiyyatı qürumlara

 

 MÜRACİƏT

 

 Aşağıda yazdığımız səbəbdən dolayı, adlarını çəkdiyimiz bütün qohumlar və biz, Rəsul Mürsəlovun ailəsi olaraq oğlumuzdan imtina edir, aidiyyatı qurumlardan bunu nəzərə almağını və Rəsul Mürsəlovu evimizin qeydiyyatından, hətta ailəmizin adından çıxarmağınızı xahiş edirik.

 

 Təfərrüata varmadan, Rəsul Mürsəlovun siyasi fəaliyyətindən dolayı ondan imtina etdiyimizi BƏYAN edirik. Bu gündən etibarən biz Rəsul Mürsəlovla heç bir əlaqə saxlamayacağımızı və onu tanımadığımızı bildiririk.

 

Onun etdiyi və edəcəyi hər hansı işə görə məsuliyyət daşımadığımızı vurğulayır və onun hər hansı əməlinə görə bizdən hesab istənməməsini xahiş edirik.

 

 Aşağıda adları çəkilən bütün qohumlar və ailə üzvüləri olaraq imtina BƏYANATINA imzamızı atırıq.

 

 Rəsul Mürsəlovdan İmtina edənlərin siyahısı.

 1. Maarif Mürsəlov (ata)

 2. Sənubər Mürsəlova (ana)

 3. Samirə Mürsəlova (bacı)

 4. Yasmina Fətəliyeva (bacısı qızı- 5 yaş)

 5. Rəhman Məmmədov (qohum)

 6. Sima Dəmirova (xala)

 7. Rəhman Abdullayev (qohum)

 

 Və adını çəkmədiyimiz digər bütün qohumlar.

 

 Bir daha xahiş edirik ki, Rəsul Mürsəlovun hər hansı əməlindən dolayı bizi narahat etməyin.

 

 Müraciəti imzaladı, Rəsul Mürsəlovun ailəsi və qohumları.

 

qaynarxeber.org

скачать dle 12.1
Xəbər lenti