Trump Organization kompaniyası Azərbaycanda və Gürcüstanda yeni otelllərin layihəsindən imtina edib. Buna səbəb kimi ABŞ-ın seçilmiş prezidenti Donald Trampın bu ölkələrdə kommersiya və dövlət maraqlarının ehtimal olunan konfliktlərinin qarşısını almaq göstərilir. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Associated Press xəbər yayıb.Onun məlumatına görə, hər iki layihədə Trump Organization-ın müttəfiqləri kimi adı çəkilən ölkələrdə hökumətlə bağlı simalar və kompaniyalar iştirak edib. Söhbət Azərbaycanda Nəqliyyat naziri Ziya Məmmədovun oğlunun müttəfiq olduğu oteldən gedir. Gürcüstanda isə Trmpın kompaniyası ABŞ-ın seçilmiş prezidentinin bu gün dəstəkləmək istəmədiyi şəxslərin əlaqədə olduğu göydələnin tikilişində iştirak edib.
Milyarderin hüquqşünasları isə öz növbəsində AP-ə bəyan ediblər ki, Azərbaycan və Gürcüstanda sözügedən kompaniyalar sazişin bütün şərtlərini yerinə yetirə bilməyib.
![]() Tramp Trump Organization ailə şirkətinin prezidenti və icraçı direktorudur. Digər üç vitse prezident isə qızı İvanka, oğulları Erik və Donalddır. ABŞ-ın seçilmiş prezidenti bundan əvvəl bəyan etmişdi ki, Ağ Evdə vəzifəyə başladıqdan sonra biznesdən uzaqlaşacaq və ailə şirkətini uşaqlarına verəcək.
![]() |