Hakimiyyət xalqdan üzr istəməlidir!

26-12-2016, 19:45
0
Hakimiyyət xalqdan üzr istəməlidir!

“Yoxsa bu xalqın şərəfini qorumaq sizlik deyil? Bəlkə daxilən Astan Şahverdiyevlə həmrəysiniz?”

Deputatn Astan Şahverdiyevin xalqı təhqir etməsinə hakimiyyət dairələrinin reaksiyasızlığını AXCP sədri Əli Kərimli belə dəyərləndirib. Əli Kərimli facebook səhifəsində yazır:

“Təyinatlı deputatın xalqı “otxod”, “qudurğan”, “azğınlaşmış kütlə” adlandırması ciddi etirazlara səbəb olub. Ləyaqətli insanlar xalqın təhqir edilməsinə etirazını bildirir, deputatın üzr istəməsini tələb edir. Amma maraqlıdır ki, bu qədər etirazların içində bir nəfər də hakimiyyət təmsilçisi yoxdur. İqtidar partiyasının rəhbərliyi, dövlət və hökumət rəhbərliyi niyə susursunuz? Yoxsa bu xalqın şərəfini qorumaq sizlik deyil? Bəlkə daxilən Astan Şahverdiyevlə həmrəysiniz? Belə olmadığını haradan bilək? Astan Şahverdiyev üzr istəməlidir. Lakin bu kifayət deyil, iqtidar bu məsələyə münasibət bildirməlidir. Astan Şahverdiyevin hərəkətləri birmənalı pislənməli, komandanın təmsilçisinin hərəkətlərinə görə hakimiyyət xalqdan üzr istəməlidir!”

скачать dle 12.1
Xəbər lenti