«Qoy, bütün dünya Bağdadinin zülmündən xəbərdar olsun»

12-09-2015, 12:59
0
«Qoy, bütün dünya Bağdadinin zülmündən xəbərdar olsun»

İŞİD liderinin kölə kimi saxladığı 16 yaşlı qız başına gətirilən müsibətləri CNN-ədanışdı

16 yaşlı Zeynət (ad şərtidir) IŞIDəsirliyində olmuş çoxysalı kürd qızlarından yalnız biridir. Onu digər qızlardan fərqləndirəəsirlikdə olduğu müddətdəIŞID-in digər döyüşçülərinin yox, məhz qruplaşmanın lideri Əbubəkr əl-Bağdadinin yanında yaşamasıdır. Hələ aylar əvvəl Bağdadinin ölüm xəbəri yayılsa da, sonradan bu təkzib olundu. Amma indinin özündə də bu xəbərlərdən hansının həqiqət olduğu ilə bağlı xeyli sual vəşübhələr var.

Bizimlə çox pis davranırdı”

CNN-in müxbirləri Zeynəti taparaq ondan müsahibə götürüblər. O da həm özünün başına gətirilən müsibətləri, həm də şahid olduğu hadisələri jurnalistlərlə bölüşüb.

Əsirlikdəki günlərlə bağlı Zeynətin ancaq qaranlıq xatirələri var. Elə başına gətirənləri dəCNN-yə böyük çətinliklə və mənəvi iztirab keçirərək nəql edib: “Əsirlərlə necədavranıldığını eşitmişdik. Ona görə kəndimizə gəldiklərini eşidəndə qaçmaq istədik. Amma gec idi… Artıq Bağdadinin əsirlərindən biri olmuşdum. Tək deyildim, başqa qızlar da var idi. Bağdadi bizimlə çox pis davranırdı. Həmişə deyirdi ki, atalarınızı və qardaşlarınızı yaddan çıxarın, onları öldürmüşük. Analarınız və bacılarınızla isə yenidən evlənmişik”.

Zeynətin dediyinə görə, onu və qızları Bağdadinin Rakkadakı (IŞID-in paytaxtı sayılır-red:) evinə gətirən kimi qorxudublar: “Bizə qərbli jurnalistləri necə qətlə yetirdikləri ilə bağlı videolar göstərirdilər. Deyirdilər ki, dininizdən dönməsəz, sizi də eyni aqibət gözləyəcək. Videoların birində amerikalı jurnalist və qara geyimli bir nəfər var idi. O adam jurnalistin başını kəsdi. Bağdadi mənə dedi ki, ya Islamı qəbul etməlisən, ya da onlar kimi öləcəksən”. CNN xatırladır ki, bununla Zeynət Ceyms Fouli, Stiven Sotloff və digər qərbli əsirlərin necəöldürülməsini təsvir edib.

Yaşadığı evi və şəhəri tez-tez dəyişirdi”

Zeynətin sözlərinə görə, Bağdadinin ailəsi mütəmadi olaraq yaşadığı evi və şəhəri dəyişirmiş. IŞID lideri özü isə hər fürsətdə əsirlikdəki qızları döyürmüş: “Məni də, o biri qızları da döyürdü. Deyirdi, biz ona məxsusuq. Onun üç arvadı və 6 uşağı da bizə təzyiq göstərirdi. Onlara yemək hazırlayır, bütün ev işlərini görürdük. Qəddar davranışlarından təngə gəldiyimiz üçün qaçmağa yol axtarırdıq. Nəhayət, bir gün açarları oğurladıq və evdən qaçdıq. Bir evə çatıb orada gizlənmək istədik. Oradakı qadın dedi ki, bizi Iraqa çatdıra bilər. Kömək edəcəyini dedi. Sən demə, aldadırmış. Gedib Bağdadini çağırdı. IŞID-çilər də, Bağdadi özü də bizi evdən qaçdığımıza görə cəzalandırdı. Əllərinə keçən hər şeylə – kəmərlə, taxtayla vururdular. Bağdadi kəmərlə və şlanqla döyürdü. Üzümə elə vurdu ki, burnumdan qan açıldı. Üzümdə hələ də iz qalıb. Bədənimizdə salamat yer qalmamışdı. Hər tərəfimiz göm-göy olmuşdu. Indi də bir şey qaldıranda bədənimdə ağrı hiss edirəm”.

Zeynət deyir ki, ona bu işgəncələrin Bağdadi tərəfindən verildiyini yalnız oradan qaçandan sonra bilib. O vaxta qədər bu adamın kimliyindən xəbərsiz olub: “Heç ağlıma da gəlməzdi ki, o IŞID lideridir. Ondan çox qorxurdum. Hər an məni öldürə bilərdi”.

Amerikalı Kayla…

Dediyinə görəəsirlikdə olarkən ABŞ-dan olan və 2013-cü ildə IŞID-ə əsir düşən könüllü Kayla Müllerlə tanış olub: “Kaylayla dostlaşmışdıq. Mənə bacı kimi idi. Onunla həbsxanada tanış olmuşduq. Bizi orada bir neçə həftə saxlamışdılar. Balaca, qaranlıq, dəmir barmaqlıqları olan otaq idi. Yay ayı olduğundan hava çox istiydi. Səhərlər bizə pendirlə çörək, axşam isəmakaron verirdilər. Sonra bizi Əbu Sayyffın evinə apardılar. O, IŞID-in yüksək rütbəli komandirlərindən idi. Həmçinin neft satışına nəzarət edirdi. Məhz orada Bağdadi Müllerətəcavüz etmişdi. Geri qayıdanda Kayla ağlayırdı. Səbəbini soruşanda dedi ki, Bağdadi onunla zorla evlənmək istəyir. Deiyb ki, razılaşmasa, onu öldürəcək. Sonra Kayla mənə gizlicə dedi ki, Bağdadi ona 4 dəfə təcavüz edib. Bu ilin fevralında məlum oldu ki, Kayla ölüb. Deyilənlərə görə, onun olduğu ev hava zərbələrindən dağılıb və o da dağıntılar altında qalaraq ölüb.

Mən qaçmaq üçün onu dilə tuturdum. Razılaşmırdı. Deiyrdi ki, IŞID amerikalı jurnalistin başını kəsib və qaçsaq, bizi də eyni aqibət gözləyə bilər. Mənə də dedi ki, qaçma, səni öldürərlər. Dedim ki, mən Bağdadinin səninlə, başqaları ilə nələr etdiyini görmüşəm vəimkan düşən kimi mütləq qaçacam. IŞID-çilər hesab edirlər ki, “Quran” onlara müsəlman olmayanlarla belə davranmağa, onlara təcavüz etməyə icazə verir”.

Mobil telefonlardan qorxurdu”

Zeynətin sözlərinə görə, Bağdadi adətən yuxudan gec oyanır, gecə də gec yatırmış: “Yataq otağında 3-4 saat olurdu. Bəzən biz onu günlərlə görmürdük. Hara getdiyini də bilmirdik. Eləşəkillərdə göründüyü kimidir. Fərq ondadır ki, o, müsəlmanların ənənəvi dini geyimindəyox, normal geyimdə olurdu. Qolundakı saat da fərqli idi. Hamının istifadə etdiyindən fərqli.

Mobil telefonlardan dəətli dərəcədə qorxurdu. Ehtiyat edirdi ki, koalisiyanın təyyarələri telefonun siqnalını tutar və onu elə danışdığı yerdə bombardman edərlər. Komandirlərləyaxşı təmasları var idi. Amma biz bu təmasın necə qurulduğunu bilmirdik”.

Ümid edirəm ki, onu öldürəcəklər”

Zeynət jurnalistlərə IŞID-in əlindən necə qaçdığını da danışıb: “Biz qalan otaqda pəncərə bir az qırılmışdı. Onu bir az da qırıb böyük dəlik düzəltdik. Və yanımda olan qızlardan biri iləqaçdıq. Hara gedəcəyimizi bilmirdik. Sadəcə Allaha yalvarırdıq ki, bizi bu əzabdan qurtarsın. Bir neçə saat qaçdıq. Və nahayət balaca bir kəndə çatdıq. Evlərin heç birində işıq yanmırdı. Yalnız birində işıq var idi və biz ora girməyə qərar verdik. IŞID aviazərbələrdən qorxuduğu üçün işıqları həmişə söndürürdü. Ona görə biz işığı yanan evə yaxınlaşdıq”.

Dediyinə görə, evin sakinlərindən biri motosikletlə onları yaşadıqları yerə çatdırıb. Zeynət ümid edir ki, bu məlumatlar Bağdadini tapmağa az da olsa kömək edəcək: “Ümid edirəm ki, onu öldürəcəklər. O, insanları öldürürdü. Ailələri dağıdır, anaları qızlarından ayırırdı. Qoy, bütün dünya onun zalım əməllərindən xəbərdar olsun”.

Zeynət başına gələnləri bir daha xatırlamaq istəmir. Deyir ki, ən böyük arzusu xaricəköçmək və orada müəlliməlik etməkdir….

скачать dle 12.1
Xəbər lenti