“Razi Nurullayev əməliyyatı” ilə bağlı daha bir ifşa

12-09-2015, 13:02
0
“Razi Nurullayev əməliyyatı” ilə bağlı daha bir ifşa

Ağstfada AXCP adına konfrans keçirənlər kimlər olub?

“Bu adamların heç birinin AXCP-yə aidiyyatı yoxdur. Onlar sadəcə partiyanın adından istifadə edirlər”. Bu sözləri “Azadlıq”a AXCP Ağstafa şöbəsinin sədri Hamlet Mursaquliyev Razi Nurullayevin dəstəsinin bu rayonda keçirdiyi konfransa münasibət bildirərkən deyib. Hamlet Mursaquliyev əlavə edib ki, həmin “konfransda” guya 50-yə yaxın cəbhəçinin iştirak etdiyi barədə iddialar əsassızdır:

“Orada heç 20 nəfər adam olmayıb. Onların da heç birinin AXCP-yə aidiyyatı yoxdur. Həmin konfransda iştirak edən Maarif Salahov bir il əvvəl partiyadan çıxarılıb. Digər şəxslərə isə ümumiyyətlə AXCP-də olmayıb. Bəziləri uzun illər əvvəl AXCP üzvü olub. Onlar müxtəlif səbəblərdən partiya sıralarından xaric edilib. Ağstafada keçirilən bu ”konfrans” da digərləri kimi qondarma bir tədbirdir”.

Göründüyü kimi, hakimiyyət AXCP-yə qarşı “Razi Nurullayev əməliyyatı”nı davam etdirsə də uğurlu nəticə əldə edə bilmir. Əksinə, hər dəfə bu əməliyyat ifşa olunur. Artıq cəmiyyət birmənalı şəkildə bütün bunların AXCP-yə qarşı iqtidar tərəfindən həyata keçirilən əməliyyat olduğunu başa düşür. Razi Nurullayevə Olimpiya Komplekslərində, şadlıq saraylarında “konfranslar” təşkil edən YAP hakimiyyəti özü də fərqindədir ki, AXCP-yə qarşı həyat keçirdiyi bu əməliyyat da gözlənilən effekti vermir. Lakin tamaşanı parlament seçkiləri bitənə qədər davam etdirmək lazımdır. Seçkilərdən sonra isə bu komediyaya son verilməsi düşünülür.

скачать dle 12.1
Xəbər lenti