Günay Qasımovanı Polis axtarır

11-04-2015, 10:45
0
Günay Qasımovanı Polis axtarır

ADP-ci gənc Günay Qasımovanın ailəsindən verilən məlumata görə, bir neçə dəfə özlərini Polis əməkdaşları kimi təqdim edən şəxslər ilk öncə onlara zəng edərək, Günay Polisə gəlməsini tələb etmişlər. Ötən gün isə 10  Aprel  2015-ci il, tarixdə bir neçə mülkü geyimli şəxs, Günayın yaşadığı evə gələrək Günayın harada olması ilə maraqlanmışlar. Günayin nəyə görə Polisin çağrışlarına məhəl qoymayaraq, Polisə gəlmədiyini soruşmuşlar. Günay Qasımovanın evdə olmadığını bilən Polislər və mülkü geyimli şexslər, Günayın şəxsi əşiyalarını müsadirə etmişlər və ailə üzvülərinəonun haqqında axtarış elan edilməsi ilə bağlı sənəd təqdim etmişlər.  Günay Qasımovanın ailəsindən həmçinin bildirmişlər ki, bundan əvvəl Günaya 06 Apreldə polisdən çağırış gəlib. Lakin, Günay həbs olunma təhlükəsini nəzərə alaraq ölkəni tərk edib. Xatırladaq ki, Günay Qasımova coxsaylı etiraz aksiyalarının iştirakcısı və təşgilatcısıdır. Şüpesiz G.Qasımova kimi gənclərin fəallığı hakimiyyət orqanlarını narahat etdiyindən belə insanlara qarşı daim təqib kampaniyası davam etdirilir. 

скачать dle 12.1
Xəbər lenti