Məntəqə sədri müşahidəçilərə zor tətbiq edib

23-12-2014, 16:58
0
Məntəqə sədri müşahidəçilərə zor tətbiq edib

Bəzi seçki məntəqələrində müxalif partiya müşahidəçilərinin məntəqə sədrləri tərəfindən təhqir edilməsi, onlara qarşı zor tətbiq olunaraq, ərazidən uzaqlaşdırılması barədə qaynarxeber.org-ın redaksiyasına məlumatlar daxil olmaqdadır.

Bələdiyyə seçkiləri zamanı, 4 saylı Binəqədi r-nu Seçki Dairəsinin 2 saylı məntəqəsində ADP-nın müşahidəçisi Mehdiyev Zaur və 9 saylı Qaradağ r-nu 2-ci Seçki Dairəsinin 9 saylı məntəqəsində Qasımova Günayı seçki məntəqəsindən qovulublar.


qaynarxeber.org-a açıqlamasında onlar, seçki məntəqəsinin sədri  tərəfindən seçki məntəqəsindən zorla çıxarıldığını və təhqir edildiyini bildirib.

Onu da qeyd edək ki, məntəqə sədri  baş verən qanun pozuntularını müşahidə edən qaynarxeber.org-a əməkdaşı Rəhimov Emini  də təhqir etməkdən, onu hədələməkdən belə, çəkinməyib: "Sizin adlarınızı yuxarı orqanlara göndərəcəyəm". 

Bununla da kifayətlənməyən məntəqə sədri   polisləri çağırmaqla, ADP -nın müşahidəçilərini Mehdiyev Zauru və Qasımova Günayı məntəqədən uzaqlaşdırıblar.

скачать dle 12.1
Xəbər lenti