İlham Əliyev: "Sentyabrda da üzə bilərik" - VİDEO

15-09-2015, 16:00
0
İlham Əliyev: "Sentyabrda da üzə bilərik" - VİDEO
Ötən həftə Qazaxıstanın paytaxtı Astanada keçirilən türkdilli ölkələrin Əməkdaşlıq Şurasının sammiti zamanı Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev və Azərbaycan prezidenti İlham Əliyev arasında keçən maraqlı dialoq yayılıb.
 
Virtualaz.org-a istinadən xəbər verir ki, sammitin yekununda Atambayev gələn il Qırğızıstanda keçiriləcək türkdilli ölkələr sammitinin yerini və vaxtını təklif edir. Atambayev İlham Əliyevə və Nazarbayevə təklif edir ki, sammit gələn il avqustun 15-dən 25-nə qədər olan istənilən tarixdə İssık-Kul gölünün sahilində, Çolpan-Atada keçirilsin.
 
Nazarbayev bu təkliflə razılaşır, ancaq İlham Əliyev sammitin sentyabra təyin edilməsində israr edir.
 
Prezidentlər arasında aşağıdakı dialoq yaşanır:
 
“2016-cı il avqustun 15-dən 25-nə qədər olan müddətdə istənilən tarixi deyin. Biz həmin gün sammiti Qırğızıstanın mirvarisi olan İssık-Kul gölünün sahilində, Çolpan-Atada keçirərəik” -Atambayev sammit iştirakçılarına, xüsusən Nazarbayevə və İlham Əliyevə üz tutaraq deyir.
 
Qazaxıstan prezidenti bildirir ki, sammitin keçirilməsi üçün seçilən yeri bəyənir.
 
“Hansı gün əlverişlidir? Qoy Nursultan Abışeviç seçsin. O, həmin yerləri yaxşı tanıyır, həm də ağsaqqaldır”- Atambayev bildirir.
 
(Nazarbayevin İssık-Kul gölünün sahilində iqamətgahı var).
 
Qazaxıstan prezidenti sammitin avqustun üçüncü ongünlüyündə keçirilməsinin əleyhinə olmadığını deyir.
 
Lakin Atambayev sammitin avqustda keçirilməsi təklif edirr: “Mən istəyirəm ki, siz göldə bir az üzəsiniz, heç olmasa iki gün dincələsiniz. Əsl mövsüm olacaq”.
 
“Biz sentyabrda da üzə bilərik”- İlham Əliyev cavab verir.
скачать dle 12.1
Xəbər lenti