Müxalifətin mitingi baş tutdu - saxlanılanlar var

22-09-2013, 14:06
0
Müxalifətin mitingi baş tutdu - saxlanılanlar var

Milli Şuranın Bakıda keçirilməsi planlaşdırılan mitinqi bu gün baş tutdu. Aksiyanın tələbi repressiyaların dayandılması və siyasi məhbusların azad edilməsi idi. Mitinq öz tələbi ilə uğurlu keçirilsədə, burada polislər tərəfindən ixtişaş, təzyiqlərə məruz qalan bir qurup müxalifət fəalları polis dəyənəkləri altında maşınlarına məcburi mindirilərək bölmələrə aparıldılar.

 

Siyasi fəallardan Türkel Azertürk, Dəyanət Babayev, Toğrul İbrahim, Renat Nəcəfov və Şəbnəm Abdullazadə ən çox təziqe məruz qalanlar idi. Xüsusi ilə xanım olmasını nəzərə alarsaq Şəbnəm Abdullazadə üçün yaşananlar daha acı idi.

 

Saxlanılan fəallar 4-5 saat dindirilmədən sonra azad buraxılıb.

 

Müxalifətin mitingi baş tutdu - saxlanılanlar var

 

 

 

Şəbnəm Abdullazadədən aldığımız məlumata görə onu 3 polis nəfəri əlindəki Azərbaycan bayrağını endirməsi tələbinə tabe olmaması səbəbindən saxlamışlar. Polis Şöbəsində ifadəsi alınan fəal fiziki və mənəvi işgəncəyə məruz qalmasını bildirməklə yanaşı, ondan bir daha müxalifət mitinqlərində iştirak etməyəcəyinə dair iltizam diləkçəsi alınmasını, əks təqdirdə polisin basqısı ilə onun işindən azad ediləcəyini və həbsə atılacağını bildirdiklərini dedi.

 

 

informasiya Şöbəsi

скачать dle 12.1
Xəbər lenti