Azərbaycanda rahat yaşamaq ciddi problemə çevrilib.

18-07-2022, 17:08
5 604
Azərbaycanda rahat yaşamaq ciddi problemə çevrilib.

"QaynarXəbər" ictimai siyaı qəzetinin  redaktoru  Zərifə Acalovanı polis axtarır.

Belə ki 15 iyul 2022 cü il  tarixində  Zərifə Acalovanın Bakı şəhərində qeydiyatda olduğu mənzilə iki polis işçisi gələrək Z.Acalovanı  soruşmuşlar. Z.Acalovanı evdə olmadığını öyrənən polis əməkdaşları bundan hiddətlənərək onun qohumunu məcburi şəkildə polisə aparmışlar və Z.Acalovanın harada olması ilə bağlı onu sorğu sual etmişlər.

Məlumat üçün bildirək ki, "QaynarXəbər" ictimai siyaı qəzetinin şef redaktoru  Zərifə Acalova keçirilən bir çox aksiyalarda fəal iştirak etmiş və əsasən mətbuatda tənqidi yazılarına görə dəfələrlə təzyiqlərə məruz qalmışdır. Bir necə dəfə heç bir səbəb olmadan nəmalum şəxslər tərəfindən döyülmüşdür.

Redaksiyamıza məlumat verən  Z.Acalova, tanımadığı şəxslər gizli nömrədən elefonuna zəng vuraraq onu hədələyiblər və həbs edəcəklərini bildiriblər.

Təbii ki, Z.Acalova və başqa müxalif jurnalistləri bu gün təqib olunmasında əsas məqsəd həm onların, həm də hakimiyyətin yarıtmaz fəaliyyətindən ciddi şəkildə narazı olan əhalinin gözünü qorxutmaq, insanları öz hüquqları uğrunda mübarizə aparmaqdan çəkindirməkdir. Belə şəxslərin isə Azərbaycanda rahat yaşaması  artıq problemə çevrilib. 

скачать dle 12.1
Xəbər lenti