Buratina İslahatları: Diktatorun Uzanan Burnu və Aldadılan Xalq

1-03-2025, 13:07
11 794
Buratina İslahatları: Diktatorun Uzanan Burnu və Aldadılan Xalq

“Məmurları cəzalandırıram”, “islahat aparıram”, “xalqa xidmət edirəm”... Bu cümlələri hər dəfə eşidəndə xalq gülür, amma diktator ciddidir. Çünki o bilir — yalan danışmaq onun tək istedadıdır.

Guya Azərbaycanda islahat gedir... Guya İlham Əliyev köhnə məmurları həbs edir, xalqa yaxınlaşır, “məlumat verin, mənə siqnal göndərin” deyir. Amma hər kəs bilir: bu, illərin yalanının yeni dekorasiyasıdır.

“Xalqın dostu” rolunu oynayan bu Buratina diktator hər dəfə yalan danışanda burnu bir az da uzanır. Yumurtanın qiymətini bilən bu adam, xalqın acından, korrupsiyadan, polis zorakılığından, saxta ittihamlardan xəbərsiz ola bilərmi?

Atasının dövründə paltarsız, çarığı ayağında olan ailə indi milyardların içində üzür. Və baxin,məsələn son zamanlar yayılan məlumatlara görə, Əliyevlər ailəsinə yaxın şirkətlər vasitəsilə Türkiyənin Bodrum bölgəsində yerləşən “Mandarin Oriental Bodrum” otelində 500 milyon avro dəyərində sərmayə payı alındı. Payın rəsmi sahibi isə İlham Əliyevin qızları — Leyla və Arzu Əliyevalar göstərildi. Xalq kasıblıq içində çırpınarkən, “islahatçı” prezidentin ailəsi Aralıq dənizindəki ən bahalı otel zəncirlərindən birinə şərik oldu.

Xalqın çörəyə möhtacı, qaziləri dilənçi, şəhidləri unudulmuş bir ölkədə isə Buratina diktator milyardlarla oynayır. Bu “islahat” deyil, sadəcə talanın beynəlxalq formasıdır. Köhnə qulduru çıxarıb yerinə yenisini qoymaqla sistem dəyişmir — sadəcə maskalar dəyişir.

“Jurnalistlərin dostu” titulunu da öz təbliğatçıları uydurub. Halbuki ölkədə onlarla jurnalist, hüquq müdafiəçisi və inanclı insan saxta ittihamlarla zindanlarda çürüyür. Tərtər hadisəsi kimi qanlı faciələrdə öldürülənlərin səsini eşitmir, amma kameralar qarşısında gülümsəyir.

 Xalq çörəyə möhtac, qaziləri dilənçi, şəhidləri unudulmuş, diktator isə milyardlara. Xalq sussa da, tarix susmur. Bir gün bu uzun burunlu Buratina güzgü qarşısında dayanacaq — və orada onu nə “islahat”, nə də yalan xilas edə biləcək.

Müəllif: Əli Nur – Müstəqil Araşdırmaçı, ictimai-siyasi fəal

скачать dle 12.1
Xəbər lenti