Əliyev rejiminin qeyri-insani istintaq metodları

14-09-2023, 19:44
1 020
Əliyev rejiminin qeyri-insani istintaq metodları

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Bir neçə gün öncə Xocahəsən qəsəbə Cümə məscidinin axundu Hacı Telman Əsədullayevin başına gətirilənlərlə bağlı yazmışdı. Axund öz ifadəsində bildirmişdi: “seyfdən bir bükülü çıxartdılar. Nizami məndən bu bükülüdəkinin nə olduğunu soruşdu. Dedim bilmirəm. Dedi ki, bu narkotik, sənin cibindən çıxıb, boynuna götürüb, bu ifadəyə imza atmasan…” Din xadimini, Axundu, Hacını zorlama ilə təhdid edib öz əleyhinə ifadə alıblar.

Müsəlman Birliyi Hərəkatının İdarə Heyəti üzvü Ağəli Yəhyayev də eyni təhdidə məruz qalıb. İndi bizim ölkədə İslam inanclı insanları, Hacıları, Kərbəlyiləri, Məşədiləri, Allah adamların zorlamaq təhdidi ilə öz əleyhlərinə yazılmış ifadələri, hazır ssenariləri, saxta ittihamları imzalamağa məcbur edirlər.

37-də də işgəncə hesabına adamlardan başqalarının və özünün əleyhinə etirafedici ifadələr alırdılar. Çox tanınmış bir ziyalı öz əleyhinə ifadə vermişdi ki, Sovet hökumətinə kəc baxdığıma görə mən yaramazam, mən əclafam, mən murdaram, mənim qanım halaldır. Publik güllələnmə səhnələrinin qəzetlərdə dərc olunan reportajlarında çıxışçılardan biri öz həmkəndlisinin güllələnmə “tamaşasında” deyirdi ki, bu alçaq Sovet hökömətinin düşmənidir. Mənim əgər sağ gözüm Sovet qərluşuna kəc baxsa özüm oyub onu çıxararam. Bu xalq düşmənin elə güllələmək lazımdır ki, onun qanı torpağın üst qatına hopmasın. Çünki bunun qanı hopan torpaqda ot bitsə, hansısa heyvan həmin out yesə, o da Sovet hökumətinin düşməni olacaq.

Acınacaqlı da olsa belə ifadələr 37-nin “cinayət” işlərində çoxdur. Onların çoxu ilə mən tanışam. Amma zorlama təhdidi yoxdur, insanların bədəninə elektrik cərəyanı vermək, onların cibinə narkotika qoymaq kimi bir hallara mən rast gəlmədim. Bunlar hamısı Əliyev rejiminin yeni istintaq metodlarıdır. Mən heç yerdə rast gəlmədim ki, Sovet istibdadı şəraitində Axundu, Mollanı, Hacını, Kərbəlayini zorlama ilə hədələsinlər. Onları sürgün etdilər, əmlakın müsadirə etdilər, səsdən məhrum ediblər, hətta güllələnləri də olub. Amma zorlama təhdidi olmayıb. Bu ittihamı Azərbaycana İlham Əliyev gətirib və onun 20 illik idarəçiliyi düvründə Azərbaycanda işgəncə texnologiyası öz inkişaf sürətinə görə faşist Almaniyasını da, Sovetlərin 37 təcrübəsini də, Məhəmməd Rza şahın Sazman-e Ettela’ati Əmniyyatini də arxada qoyub.

Azərbaycanla İran arasında sərin bir meh əsəndə bizim ölkəmizdə dindarların, islam inanclı vətəndaşların kütləvi təqibi başlayır. Onlar Abbasi xilafəti dövründə Bərməkilərdən də şiddətli təqib olunurlar. Amma yenə Bərməkilər qaçıb canlarını qurtarırdılar. Əliyevlərin XXI əsr xilafəti dövründə Ermənistan istisna olmaqla ölkənin qalan bütün qapılar bağlıdır.

Son illərdə Ağəli Yəhyayev artıq üçüncü dəfədir həbs olunur. O, ilk dəfə 2010-cu ilin fevralında dini yürüşdə iştirak etdiyi üçün həbs edilib və 4 il 6 ay həbs cəzası almışdı. İkinci dəfə 2015-ci ilin noyabrında ssenariləşdirilmiş Nardaran hadisələri ilə bağlı Ağəliyə 15 il həbs vermişdilər. 2021-ci ildə əfv sərəncamı ilə zindandan çıxmışdı. 10 gün əvvəl o, külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi (bəyəm narkotikanın qanunu dövriyyəsi də var?) ittihamı ilə tutulub.

Ağəli Yəhyayevə ağır, dəhşətli, vəhşicəsinə işgəncə verməklə kifayətlənməyiblər, həm də onu beysbol dəyənəyi ilə zorlamaqla hədələyiblər. Bundan sonra o, özünə böhtan ataraq aidiyyəti olmayan narkotiki ittihamı üzərinə götürməyə məcbur olub. Beysbol Amerikda oynanılan bir oyundur. Görünür Əliyev rejimiminin idmana xüsusi sevgisi olduğu üçün öz vətəndaşlarını, islam inanclı dindarları belə müasir üsullarla zorlama təhdidinə məruz qoyur. Əvvəl-axır biz də Amerikadan bir şey götürməli idik. Günahsız insanları törətmədiyi “cinayəti” etraf etmək üçün beysbol dəyənəyi götürdük. XXI əsr Azərbaycanın gercək mənzərəsi belədir.

Sonra fikirləşirsən bir rejim ki, Professor Qubad İbadoğlu kimi bir ziyalıya, bir alimə, bir müəllimə saxta dollar kəsmək ittihamın verə bulirsə, onun Axundu, Mollanı, Hacını, Kərbəlayini beyspol dəyənəyi ilə zorlama təhdidində təəccüblü nə var? Əsas odur ki, dollar da Amerikanındır, beysbol dəyənəyi də!

скачать dle 12.1
Xəbər lenti