"JURNALİSTİ" POLİS AXTARIR

10-10-2023, 15:37
56
"JURNALİSTİ" POLİS AXTARIR
"SonXeberler" ictimai siyaı qəzeti  baş redaktoru Cənnətəliyev Fəridin ailəsindən Qaynarxeber.com-a verilən məlumata görə son günlər bir neçə dəfə özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər ilk öncə onlara telefon açaraq Fəridin polisə gəlməsini tələb etmişlər. Ötən gün isə bir neçə mülki geyimli şəxs Fəridin  yaşadığı evə gələrək onun harada olması ilə maraqlanmışlar. Onun nəyə görə polisin çağırışlarına məhəl qoymayaraq, polisə gəlmədiyini soruşmuşlar. Fəridin evdə olmadığını bilən həmin şəxslər onun harada olsa da tutub polisə aparacaqlarını bildirmişlər. Cənnətəliyev Fəridin ailəsindən həmçinin bildirmişlər ki, bundan əvvəl  Fəridi 02 okrtyabır 2013 il tarixində polisdən çağırış gəlib. Lakin,  Fəridi polisin çağırışına məhəl qoymayaraq izahat verməyə gəlməmişdir.
скачать dle 12.1
Xəbər lenti