Keçmiş MTN generalı haqqında yeni qərar: 106 min dollar da təzminat ödəməlidir

5-11-2023, 13:32
81
Keçmiş MTN generalı haqqında yeni qərar: 106 min dollar da təzminat ödəməlidir
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan generalı, uzun müddət nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevə qarşı 123 min dollarlıq iddia qaldırılıb. İddiaçı vaxtilə MTN-də həbsdə saxlanmış, hazırda baxılan işdə zərərçəkmiş kimi tanınanlardan biri – Ələddin Əliyevdir.
Ə.Əliyev 2013-cü ilin yanvarında brilyant daşları qaçaqmalçılıqla ölkəyə gətirməkdə ittiham edilərək həbs olunub. MTN-in istintaq təcridxanasında saxlanılan sahibkar 1 ay sonra buraxılıb. O iddia edir ki, azadlığa çıxmasından ötrü 106 min dollar pulunu alıblar. Öncə MTN-in binası yaxınlığında iki dəfəyə 100 min (hər dəfə 50 min olmaqla-red.) dollar pul verilib.
Zərərçəkmişin sözlərinə görə, sonradan ondan tələb edilən məbləği 110 minə qaldırıblar və ondan daha 10 min dollar istəyiblər. Ancaq son nəticədə aparıb Bakı Əyləncə Mərkəzində 6 min dollar da verib.
Ə.Əliyev deyir ki, ona qarşı qaçaqmalçılıq ittihamı saxta idi, həbs olunmasından məqsəd pulunu almaqdı. O iddia edir ki, üstəlik, 17 min dollarlıq brilyant daşlarını da götürüblər.
“Orada baş verənlər Mövlam Şıxəliyevin göstərişiylə həyata keçirilirdi. Onun hər şeydən xəbəri vardı”, – bunu söyləyən iddiaçı keçmiş MTN generalından ona dəymiş ziyanın ödənilməsini, 123 min dollarının geri qaytarılmasını tələb edir.скачать dle 12.1
Xəbər lenti