AXCP fəalına qarşı narkotik ittihamı ilə cinayət işi qaldırılıb

2-12-2023, 20:11
168
AXCP fəalına qarşı narkotik ittihamı ilə cinayət işi qaldırılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı (AXCP) Elnur Həsənov (Hasan) barəsində Bakının Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda olduqda) ilə cinayət işi başlanıb.
Bu barədə vəkil Rəfael Allahverdiyev Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, Həsənov özünü təqsirli bilmir.
Vəkil Elnur Həsənovun nə vaxt məhkəmə qarşısına çıxarılacağı barədə məlumatsız olduğunu deyib.
İttiham sübut olunarsa Həsənovu 5 ildən 12 ilədək həbs gözləyir.
AXCP-nin məlumatına görə, Elnur Həsənov noyabrın 28-də Bakının Babək prospektində yerləşən avtomobil bazarında olarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
AXCP fəalın saxlanılmasının onun sosial şəbəkələrdə tənqidi çıxışları ilə bağlı olduğunu güman edir.
Belə ki, Elnur Həsənov Facebook səhifəsində dövlət yol polisinin faəliyyətini tənqid edən status paylaşıb.
“Elnur Həsənov Dövlət Yol Polisi tərəfindən qanunsuz cərimə olunduğunu bildirib. Qanunsuz protokoldan məhkəməyə müraciət etsə də, məhkəmə işə baxmaq barədə ona hələ də məlumat verməyib. Əksinə Elnur Həsənovun idarə etdiyi avtomobilə həbs qoyulub. Elnur Həsənov həmin qərara etiraz olaraq özünün Facebook səhifəsində tənqidi status paylaşıb. Saxlanma səbəbi də bununla əlaqədar ola bilər”, AXCP bildirir.
Fəalın saxlanılmasının səbəbləri ilə bağlı hüquq mühafizə orqanlarından hələ məlumat almaq mümkün olmayıb,
AXCP sədri Əli Kərimli bildirib ki, Elnur Həsənovun hakimiyyətdən gördüyü ancaq “zorakılıq və haqsızlıqdır”.скачать dle 12.1
Xəbər lenti