Qubad İbadoğlunun apellyasiya şikayəti təmin olunmayıb

31-12-2023, 13:39
145
Qubad İbadoğlunun apellyasiya şikayəti təmin olunmayıb
Dekabrın 28-də Bakı Apellyasiya Məhkəməsində iqtisadçı alim Qubad İbadoğlunun vəkillərinin verdiyi vəsatətin icraata qəbul edilməməsindən verilən şikayətə baxılıb.
Dekabrın 19-da Bakının Nərimanov rayon Məhkəməsi Qubad İbadoğlunun Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülməsi ilə bağlı vəkillərin vəsatətini icraata qəbul etməmişdi.
Bu barədə vəkil Zibeydə Sadıqova bildirib.
Onun sözlərinə görə, məhkəmə Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb və apellyasiya şikayəti təmin olunmayıb.
“Qubad İbadoğlunun səhhəti ilə bağlı Nərimanov rayon məhkəməsinə müraciət etmişdik. Biz xahiş etmişdik ki, Baş Tibb İdarəsinin münasibəti qanunsuz hesab olunsun. Çünki Qubad İbadoğlunun səhhətində ciddi problemlər var. Lakin şikayətlərimiz heç vaxt ciddi qəbul edilməyib. Həmçinin, xahiş etmişdik ki, Qubad bəy dərhal müalicə müəssisəsinə köçürülsün. Onun belindəki ağrılarla bağlı hərəkət məhdudiyyəti var. Ona çəlik verilməsini elə təcridxanada həkim məsləhət görmüşdü. Biz gətirdikdən sonra isə hələ də verilməyib. Bununla bağlı da müraciət etmişdik. Nərimanov rayon məhkəməsi ümumiyyətlə bizim şikayətimizi qəbul etməkdən imtina etdi. Baxmayaraq ki, mahiyyəti üzrə biz orada danışmışdıq. Biz də həmin qərardan şikayət verdik. Artıq bir dəfə eyni şikayət verilmişdi, mahiyyəti üzrə baxılılb, qərar verilmişdi. Bakı Apellyasiya Məhkəməsində də şikayətə baxılmışdı. İndi bir məhkəmənin iki fərqli qərarı mövcuddur. Birində bildirilir ki, Baş Tibb İdarəsindən şikayət edə bilərsən, digər məhkəmə qərarında isə məhkəmə söyləyib ki, xeyr, şikayət edə bilməzsiniz. Baxmayaraq ki, bizim şikayətlərimiz qanuni idi, lakin Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxladı”, vəkil qeyd edib.
Onun sözlərinə görə, məhkəmə prosesində ADR Partiyasının sədri, professor Qubad İbadoğlu da iştirak edib.
“Qubad İbadoğlu da məhkəmədə çıxış etdi. O öz çıxışında səhhəti və təcridxanadakı tibb xidməti ilə bağlı məhkəməyə məlumat verdi”, o deyib.скачать dle 12.1
Xəbər lenti