Azərbaycanın müəllimlərin sınaq qiymətləndirilməsi keçiriləcək

6-10-2015, 23:51
0
Azərbaycanın müəllimlərin sınaq qiymətləndirilməsi keçiriləcək
 
“Bu ilin sonuna kimi Azərbaycanın daha 12 rayon və şəhərində müəllimlərin sınaq qiymətləndirilməsi olacaq. Hazırda Təhsil Nazirliyində əmr layihəsi var və qiymətləndirmə aparılacaq rayon və şəhərlərin müvafiq qurumları ilə müzakirələr gedir”. 
 
Bunu Təhsil Nazirliyində 5 Oktyabr -  Beynəlxalq Müəllimlər Gününə həsr olunan brifinqdə çıxışı zamanı qurumun İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.
Onun sözlərinə görə, bu diaqnostika 35-40 min müəllimi əhatə edəcək: “Həmin müəllimlərin əmək haqları və dərs saatları yanvar ayından hesablanacaq. Qiymətləndirmə Gəncə, Sumqayıt, Şirvan şəhərlərində, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabad rayonlarında keçiriləcək”.
 

 

Nazirliyin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov isə deyib ki, bu il 300 nəfər müəllimlik ixtisasını seçənlər “Gələcəyin müəllimi” təqaüdünü alıb: “Növbəti tədris ilində bu rəqəm 600-ə çatacaq. Bu ilin qəbul imtahanında 8 656 nəfər gənc müəllimlik ixtisasını seçibsə, onlardan 1 269 nəfəri məhz 500 və daha artıq bal toplayıb. Bu da ötən illə müqayisədə 5 faiz yüksəkdir”.
скачать dle 12.1
Xəbər lenti