Məktəblərdə tətil günlərinin vaxtı açıqlandı

4-11-2015, 16:46
0
Məktəblərdə tətil günlərinin vaxtı açıqlandı
Dərslər iyunun 14-də başa çatacaq.
 
Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrlə 2015-2016-cı tədris ilində orta ümumtəhsil məktəblərində tətil günlərinin vaxtı məlum olub.
 
Təhsil Nazirliyindən verilən xəbərə görə, Azərbaycanın ümumi təhsil məktəblərində dərs məşğələləri gələn il iyunun 14-də başa çatır. 
 
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:
 
5 gün payız tətili (16-20 noyabr),
 
5 gün qış tətili (27-31 yanvar).
 
İbtidai siniflər üçün isə 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir.
 
Azərbaycanda rəsmi olaraq Novruz bayramının 5 gün qeyd edildiyi nəzərə alınaraq, ibtidai siniflər istisna olmaqla, digər siniflər üçün əlavə yaz tətili müəyyən edilməyib.
 
Dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar. 
 
İkinci yarımil - 1 fevral - 14 iyun.
скачать dle 12.1
Xəbər lenti