Valideynlər övladlarının dərsdə olmasını telefonla izləyə biləcək

13-12-2015, 18:11
0
Valideynlər övladlarının dərsdə olmasını telefonla izləyə biləcək


Proqram valideyn və müəllimlər üçün iki variantda təqdim edilir.

 Azərbaycanda təhsilində yenilik edən bir proqram hazırlanıb. Bu proqram valideyn və müəllimlər üçün olmaqla iki variantda təqdim edilir.
 
Valideynlər proqram vasitəsi ilə onlayn olaraq dərhal bildiriş şəklində alacaqdır:
 
  • övladının dərsdə iştirak edib etməməsi barədə məlumatları
  • övladının dərsə hazırlıq səviyyəsi barədə məlumatları
  • övladının dərsdə davranışı barədə məlumatları
  • müəllimin individual ismarıclarını 
 
Proqramda həmçinin şagirdin rüb ərzində nəzərdə tutulmuş dərs cədvəli və fənn müəllimləri barədə tam məlumat öz əksini tapacaq və valideynlər öz telefonlarında övladının bütün dərslərinə nəzarət edə biləcəklər.
Müəllimlər proqram vasitəsi ilə 
 
  • dərsdə şagird davamiyyəti
  • dərsdə şagird hazırlığı
  • dərsdə şagird davranışı 
 
barədə məlumatları qeyd edəcək və valideynə fərdi ismarıc göndərəcəklər. 
 
İstifadəçi kodunu və parolu əldə etmək üçün
 
E-mail:     [email protected]
Tel:          +99455 655 33 63
 

 

Tətbiqi buradan yükləyə bilərsiniz.
скачать dle 12.1
Xəbər lenti