I sinfə qəbulla bağlı alternativ komissiyalar təşkil olunacaq
1-03-2016, 13:29
0
I sinfə qəbulla bağlı alternativ komissiyalar təşkil olunacaq
I sinfə şagird qəbulu ilə bağlı alternativ sənəd qəbulu komissiyaları təşkil olunacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə Nəsimi rayonu - 16 THL, Səbail rayonu - 7, Nizami rayonu - 238, Yasamal rayonu - 18, Nərimanov rayonu - 47, Xətai rayonu - 194, Sabunçu rayonu - 96, Suraxanı rayonu - 114, Qaradağ rayonu - 139, Xəzər rayonu - 26, Pirallahı rayonu - 235, Binəqədi rayonu - 276 nömrəli məktəblərdə alternativ sənəd qəbulu komissiyaları yaradılacaq.
Diplomatik pasportla qeydiyyat ancaq BŞTİ tərəfindən aparılır.
Bundan başqa, qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası doğum haqqında şəhadətnamə (yalnız uşaqlar üçün), Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsi, BMT QAK-ın himayə sənədi, xarici pasport, xarici ölkə vətəndaşının doğum haqqında şəhadətnaməsi (yalnız uşaqlar üçün) lazımdır.
Onlayn qaydada qeydiyyatdan keçmək üçün isə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası doğum haqqında şəhadətnamə (yalnız uşaqlar üçün), Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsi, BMT QAK-ın himayə sənədi lazımdır.
Qeyd edək ki, Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat martın 1-dən aprelin 5-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 13-dək həyata keçiriləcək.
скачать dle 12.1