Təhsil sahəsində işləmək istəyənlərin NƏZƏRİNƏ

11-03-2016, 14:32
0
Təhsil sahəsində işləmək istəyənlərin NƏZƏRİNƏ


Nazirlik müsabiqə keçirir.

 

Təhsil Nazirliyi tərəfindən “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə keçirilir.
 
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkənin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkmilləşdirməkdən ibarətdir.
 
Bildirək ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən icra olunan “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində  təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyən şəxslərin  Təhsil Nazirliyi və Bakı şəhəri üzrə nazirliyə tabe qurumlarda bir il müddətinə təcrübə proqramı və təlimlərə cəlb olunması məqsədilə təşkil olunan müsabiqə mühüm əhəmiyyət kəsb edir.
Nəzərinizə çatdıraq ki, təcrübə proqramı və təlimlərdə iştirak etmək hüququ qazanmış şəxslər 1 il ərzində Təhsil Nazirliyi və Bakı şəhəri üzrə ona tabe qurumlarda təcrübə keçmək və təlimlərdə iştirak etmək imkanı əldə edərək, müəyyən edilmiş aylıq əməkhaqqı alacaqlar.
 
Müsabiqədə iştirak üçün tələblərə ali təhsil, təhsil və ya idarəetmə sahəsində minimum 3 (üç) illik iş təcrübəsi (üstünlük bölgələrdən olan namizədlərə veriləcək) daxildir.
 
Namizədlərdən gözlənilən digər keyfiyyətlərə ingilis dili bilikləri, liderlik bacarığı, yüksək motivasiya, səmərəli qərar qəbuletmə bacarığı, nəticəyönümlülük, İKT-dən istifadə bacarığı, məntiqi düşüncə bacarığı, təhsil qanunvericiliyi üzrə biliklər aiddir. Qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət məqsədilə www.miq.edu.az/tm  portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, müraciət üçün son tarix 19 martdır. Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində təhsil sahəsində çalışmaq istəyi olan şəxslər iştirak edə bilərlər.
скачать dle 12.1
Xəbər lenti