Məktəblərdə bıçaqlanmalar nazirliyi hərəkətə keçirdi

17-03-2016, 18:04
0
Məktəblərdə bıçaqlanmalar nazirliyi hərəkətə keçirdi
Bakıda orta məktəblərdə şagirdlərin bıçaqlanması ilə bağlı tez-tez xəbərlərə rast gəlirik. Bir neçə gün öncə paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində 11-ci sinif şagirdi Sarvan Zəliyev öz sinif yoldaşı tərəfindən bıçaqlanıb.
 
Bundan öncə isə analoji hadisə Bakının Binə qəsəbəsində yerləşən 136 saylı məktəbdə qeydə alınıb. 8 mart ərəfəsində isə Xəzər rayonunda yerləşən 26 saylı orta məktəbin 11-ci sinif şagirdi Samray Hümbətzadə bıçaqlanıb. Hadisə məktəbin daxilində baş verib.
 
Son vaxtlar təhsil müəssisələrində baş verən qanlı olaylar Təhsil Nazirliyini narahat etməyə başlayıb.
 
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, baş verən hadisələr narahatlıq yaratmaqla müəyyən addımların atılmasını zəruri edir. 
 
Məktəb rəhbərlərinin məsuliyyətinin artırılması, şagirdlər arasında xüsusi söhbətlərin təşkili, məktəb-valideyn əlaqələrinin gücləndirilməsi istiqamətində lazımi tədbirlərin görülməsi barədə yerli təhsili idarəetmə orqanlarına müvafiq tapşırıqlar verilib.
скачать dle 12.1
Xəbər lenti