Daha 3 dərslik layihəsi müzakirəyə çıxarılıb

17-03-2016, 18:05
0
Daha 3 dərslik layihəsi müzakirəyə çıxarılıb

Təhsil Nazirliyinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, ümumi təhsil məktəblərinin 9-cu sinifləri üçün yeni təhsil proqramları əsasında tərtib edilmiş və 2016-2017-ci tədris ilində ilk dəfə istifadəyə veriləcək dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir.

Artıq Fiziki tərbiyə (http://e-resurs.edu.az/site/bstep3.php?book_id=28), Alman dili(http://e-resurs.edu.az/site/bstep3.php?book_id=29), İngilis dili (http://e-resurs.edu.az/site/bstep3.php?book_id=27) dərsliklərinin də layihələri ictimai müzakirəyə çıxarılıb.

Beləliklə, ictimai rəyin öyrənilməsi məqsədilə www.e-resurs.edu.az saytının əsas səhifəsində yerləşdirilmiş dərslik layihələrinin sayı 17-ə çatıb. Onlar Kimya, Ədəbiyyat, Coğrafiya, Biologiya, İnformatika, Təsviri incəsənət, Musiqi, Texnologiya, Русский язык (tədris dili kimi), Русский язык (xarici dil kimi), Həyat bilgisi, Riyaziyyat, Fizika, Литература, Fiziki tərbiyə, Alman dili, İngilis dili dərslik layihələrindən ibarətdir.

Dərslik layihələri ilə bağlı konkret faktlar göstərilməklə, təklif və iradların [email protected] elektron poçtuna göndərilməsi xahiş olunur. 

скачать dle 12.1
Xəbər lenti