Mikayıl Cabbarov qalmaqallı müdiri işdən çıxardı

29-08-2015, 19:11
0
Mikayıl Cabbarov qalmaqallı müdiri işdən çıxardı
Təhsil Nazirliyinin diplomların tanınması (nostrifikasiyası) sektorunun müdiri Nəzakət Hacıyeva işdən çıxarılıb.  Bu barədə  Təhsil Nazirliyindəki mənbələrdən məlumat verilib. Bəzi həmkarları onun könüllü olaraq işdən çıxdığını desələr də, məsələnin kökündə başqa məqamların olduğu qeyd edilir.
 
Belə ki, Nəzakət Hacıyevanın vəzifəsindən kənarlaşdırılmasına səbəb onun qeyri-qanuni əməllərə yol verməsi göstərilir.  Nəzakət Hacıyevanın dəfələrlə xəbərdarlıq olunmasına  baxmayaraq,  qeyri-qanuni əməllərini davam etdirməsi, diploma layiq olmayan şəxslərin diplomlarının “tanınması”na şərait yaratması sonda onun işdən çıxarılması ilə nəticələnib.
 
Mənbə onu da bildirir ki, nazirlikdə Nəzakət Hacıyevanın işində aşkarlanan pozuntularla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi məsələsi də müzakirə olunub. Lakin onun zərif cinsin nümayəndəsi olduğunu nəzərə alan nazir xanım Hacıyevanı yalnız işdən çıxarmaqla kifayətlənib.
 
Qeyd edək ki, valideynlər müxtəlif media qurumları vasitəsilə Nazirliyin nostrifikasiya sektorunda hökm sürən özbaşınalıqdan, diplomların tanınması üçün rüşvət tələb olunmasından, bütün bu işlərə isə Nəzakət Hacıyevanın rəvac verməsindən şikayətlər edirdilər
скачать dle 12.1
Xəbər lenti