Təhsil naziri tədris ili ərzində dərsliklərlə bağlı problemlərdən danışdı

14-09-2015, 17:32
0
Təhsil naziri tədris ili ərzində dərsliklərlə bağlı problemlərdən danışdı
 
"Son illər müsbət demokrafiq vəziyyət müşayiət olunduğuna görə birincilərimizin sayı artır. Bu da dövlətimizin, vətənimizin güclənməsi deməkdir. Ona görə də təhsil sistemimizin qarşısında duran əsas vəzifələrindən biri də ibtidai sinif uşaqlarına tədris üçün müəyyən zəruri şəraitin yaradılmasıdır".
 
Bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. O, tədris ili ərzində dərsliklərlə bağlı hər hansı çətinliyi gözləmədiklərini vurğulayıb:
 
"Bu məsələlərlə bağlı araşdırma tədris ilinin ilk günündən, hətta ilk həftəsindən aparılır. Azərbaycanın bölgələrində dərsliklə bağlı hər hansı problem yaranarsa, rayon təhsil şöbələri vasitəsilə operativ həll olunacaq. Bilirsiniz ki, bu il 2 mindən çox yeni müəllim işə qəbul etmişik. Həmin müəllimlərin əksəriyyəti artıq yerindədir və fəaliyyət üçün hazırdır. 350 yeni məktəb direktoru təyin olunub. Onlardan 28-i Bakı şəhərində fəaliyyət göstərəcək. Bu direktorları hamısı xüsusi təlim vasitəsilə seçimlərdən keçib".
 
Mikayıl Cabbarov təhsil sahəsində korrupsiya ilə mübarizədən də danışıb:
 
"Bununla bağlı fəaliyyət barədə düşünürəm ki, qısa müddət ərzində cavab vermək çətin olacaq. Korrupsiya ilə mübarizə iki istiqamətdə aparılır. Birinci istiqamət fərdi hallarla mübarizədir və bu mübarizə istər vətəndaşların müraciətləri əsasında, istərsə də Təhsil Nazirliyinin bu məqsədlə fəaliyyət göstərən xüsusi struktur qurumları vasitəsilə həyata keçirilir".
 

 

O qeyd edib ki, son tədris ilində də korrupsiya halları ilə bağlı bir çox tədris sahəsində fəaliyyət göstərən işçilər cəzalandırılıb: "Prokurorluq tərəfindən hazırda 2 məktəb direktoru ilə bağlı cinayət işi aparılır. Sistemli tədbirlər dedikdə, təhsil alanla təhsil verən arasında, vətəndaşla məmur arasında kontaktları minimuma endirir və ya istisna edir. Məsələn, bu il Bakı şəhərində tətbiq etdiyimiz 1-ci sinfə elektron sistemdə qəbuldur. Bu sistemlə on minlərlə vətəndaşımız kompüter vasitəsilə məktəb, sinif seçiblər. Bir daha fürsətdən istifadə edib demək istəyirəm ki, bu bizim nazirliyin prioritetlərindən biri olaraq qalır. Vətəndaşlarımızdan da daha aktiv vətəndaşlıq mövqeyi gözləyirik".
скачать dle 12.1
Xəbər lenti