Google artıq müstəqil deyil

3-10-2015, 22:41
0
Google artıq müstəqil deyil
Google şirkəti Alphabet şirkətinin mülkiyyəti olacaq. 
 
Cari ilin avqustunda internet nəhəngi öz biznesini yenidən strukturlaşdırmağa başladığını elan etmişdi. Bunun üçün holdinq olacaq yeni  firma təsis edilib və Google onun tərkibinə daxil ediləcək. 
 
Google şirkətinin icraçı direktoru Larri Peyc Alphabetin həmtəsisçisi olub. Axtarış sisteminin digər həmtəsisçisi Serqey Brin yeni şirkətin prezident postunda çalışacaq.
 
Şirkətin nümayəndəsi əmin edir ki, istifadəçilər heç bir dəyişiklik hiss etməyəcək. "Google sadəcə adını Alphabet-ə dəyişir və Google filialını təsis edir" - şirkətin mətbuat xidmətindən bildirilib. 
Şirkətin məhsullarının inkişafı bölməsinin direktoru hindistanlı Sundar Piçai Googleun yeni direktoru olacaq. 
скачать dle 12.1
Xəbər lenti