"iPhone 6S"in ilk çatışmazlığı ortaya çıxdı - VİDEO

7-10-2015, 00:14
0
"iPhone 6S"in ilk çatışmazlığı ortaya çıxdı - VİDEO
 
"Apple" şirkətinin yeni satışa çıxardığı "iPhone 6S" və "iPhone 6S Plus"larında yeni bir problem ortaya çıxıb.
 
Artıq 12 ölkədə satışa çıxarılan yeni "iPhone" modelləri barədə ilk şikayətlər sosial şəbəkələrdə yer almağa başlayıb.
 
Sosial şəbəkədə insanlar yazır ki, İOS sistemdə meydana gələn bir problem telefonların bağlanmasına səbəb olur. İstifadəçilərin şərhlərinə görə, cihazların enerjisi olmasına baxmayaraq qəflətən sönür. 
 
Telefonu açmaq üçün "hard reset" əməliyyatını reallaşdırmaq lazımdır. Sözügedən problemin səbəbi hələlik bilinmir. 
 

 

Qeyd edək ki, "iOS 9.0.1" və "iOS 9.0.2" yenilənməsi "iOS" əməliyyatlar sisteminə gəlməsilə birlikdə bəzi təhlükəsizlik problemləri həll edilmişdi. Ancaq əməliyyat sistemində bəzi kiçik səhvlərin qaldığı ehtimal olunur. "Apple" şirkəti məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.
скачать dle 12.1
Xəbər lenti