Bütün hərfləri aldılar

10-10-2015, 00:19
0
Bütün hərfləri aldılar
Google-un yenidən strukturlaşdırması nəticəsində yaradılmış Alphabet şirkəti latın əlifbasının 26 hərfini də əhatə edən abcdefghijklmnopqrstuvwxyz.org domenini satın alıb. 
 
Whois xidmətinin məlumatına əsasən, domen adı 1999-cu ildə qeydiyyatdan keçirilib, lakin heç bir sayta aid olmayıb. Amma 7 oktyabr 2015-ci il tarixinə əsasən bu domen adının sahibi kimi @google.org domeninə malik elektron poçt ünvanı göstərilib. 
 
Alphabet şirkəti bu informasiyanı təsdiqləyib. Şirkətin nümayəndəsi, hətta zarafat edib ki, abc.xyz domenində latın əlifbasının bəzi hərfləri yoxdur və rəhbərlik bu səhvi düzəltməyə qərar verib.  
 
Cari il avqustun 11-də Google genişmiqyaslı yenidən strukturlaşdırma haqda elan edib: internet biznesdən uzaq həllərlə məşğul olan bölmələr ayrıca şirkətə ayrılaraq Google ilə yanaşı, Alphabet şirkətinin tərkibinə daxil edilib. Hazırda Alphabet kapitallaşmasına görə dünyanın ikinci şirkətidir. 
 
скачать dle 12.1
Xəbər lenti