Azərbaycanda milli axtarış sisteminin yaradılması işlərinə başlanılıb

11-11-2015, 17:28
0
Azərbaycanda milli axtarış sisteminin yaradılması işlərinə başlanılıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Dilmanc" layihəsi çərçivəsində milli axtarış sisteminin yaradılması işlərinə başlanılıb.
 
Layihənin direktoru Əbülfət Fətullayev deyib: "Milli dillərdə servis proqramlar yox dərəcəsindədir və ya onların keyfiyyəti aşağıdır. Populyar olan "Google", "Baidu", "Yandex" və digər axtarış sistemləri milli internet resurslarının indeksasiyasını tam yerinə yetirmir".
 
Ə.Fətullayevin sözlərinə görə, milli axtarış sisteminin yaradılması nəticəsində xarici trafik xərclərinə qənaət olunur, xarici dillərin sistemə əlavə edilməsi hesabına isə ölkəyə daxil olan trafikdən əlavə gəlir əldə edilir. Layihə rəhbəri bu sistemin ticarətin və elektron ticarətin artmasına da zəmin yaradacağını bildirib.
 
Qeyd olunub ki, milli axtarış sisteminin yaradılması həm milli təhlükəsizliyə, həm ölkəmizin informasiya texnologiyaları sektorunun dünya miqyasında daha geniş avtoritet qazanmasına, həm rəqəmsal geriliyin aradan qaldırılmasına, həm də Azərbaycanın informasiya alıcısından informasiya satıcısına çevrilməsinə imkan yaradacaq.
скачать dle 12.1
Xəbər lenti