İnternetimiz yenə korlanacaq?

3-12-2015, 16:03
0
İnternetimiz yenə korlanacaq?
 
"Delta-Telekom"da baş verən yanğının fəsadlarının 95%-i aradan qaldırılıb.
 
Bu barədə şirkətdən məlumat verilib.
 
"Fəsadların 95%-i aradan qaldırılıb. Düzdür, həmin o 5% bizim işimizə heç bir maneə törətmir. Onun aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlər görülür", - deyə adının çəkilməsini istəməyən şirkət rəsmisi qeyd edib.
 

 

Xatırladaq ki, noyabrın 16-da Azərbaycan ərazisinin böyük bir hissəsi internetsiz qalmışdı. Buna səbəb ölkənin əsas internet provayderi "Delta Telekom" MMC-nin DATA Mərkəzində baş verən yanğın olmuşdu.
скачать dle 12.1
Xəbər lenti