Lavrov Suriyanın Türkiyə ilə sərhədlərinin bağlanılmasına çağırdı

20-12-2015, 21:20
0
Lavrov Suriyanın Türkiyə ilə sərhədlərinin bağlanılmasına çağırdı
Rusiyanın  XİN rəhbəri Serqey Lavrov  Nyu-Yorkda BMT TŞ-ın iclasında İŞİD terrorularına dəstəyin dayandırılması üçün  Suriyanın Türkiyə ilə sərhədlərinin təxirə salınmadan bağlanılmasına çağırış edib. 
 
"Əgər biz Suriyada döyüşən və  xaricdən dəstəklənən müxtəlif qrupların prinsipi barədə danışırıqsa, burada iştirak edən ölkələrin də dəfələrlə dediyi kimi, ən yaxşı yol  Suriyanın Türkiyə ilə sərhəddinin bağlanılmasıdır", - deyə nazir bildirib.
 
Sergey Lavrov Suriya danışıqları prosesində Rusiyanın prinsipial mövqeyini də səsləndirib. Onun sözlərinə görə, danışıqlara ekstremist fəaliyyətlərə qoşulmayan və İŞİD idealarını yaymayanlar cəlb olunmalıdır. "Cəbhət ən-Nusra" və onun kimilərin isə danışıqlar masasında yeri yoxdur, - deyə diplomatik qurumun  rəhbəri bildirib.
 
BMT TŞ Suriya məsələləri  üzrə qətnaməsində Suriya prezidenti Bəşşar Əsədin adı çəkilməyib. Bununla əlaqədar Lavrov bldirib ki, belə səhalərin təkrarlanmasından qaçınmaq lazımdır, terrorizmlə mübarizədə Əsədin taleyinin məsələsi olmadan həll etmək olmaz.
 
Nair həmçinin Rusiya ilə ABŞ arasında  İŞİD-ə aviazərbələr barədə  koordinasiyanın daha 2,5 ay qüvvədə olduğunu təsdiqləyib.
скачать dle 12.1
Xəbər lenti