Bir bina dəyərində olan avtomobil belə külə döndü - VİDEO

8-01-2016, 17:13
0
Bir bina dəyərində olan avtomobil belə külə döndü - VİDEO
On minlərlə dollar qiymətində olan bahalı avtomobillər hər kəsin gözü önündə yanıb kül oldu. Bu görüntülər Çinin Quantsi vilayətində lentə alınıb. Bahalı avtomobilləri daşıyan nəqliyyat vasitəsinin qəfil alovlanması ortaya bu mənzərəni çıxarıb.
 
Əraziyə yanğınsöndürən briqadaları cəlb olunanadək alov  satışa çıxarılmamış avtomobilləri cənginə alıb. 20 bahalı maşından 19-u yanaraq tanınmaz hala düşüb.  Son model avtomobillərdən birini vaxtında yerə endirmək mümkün olub.
 
Qəzaya nəyin səbəb olduğu məlum deyil. Sifarişçi şirkətə isə təxminən 1 milyon dollar həcmində ziyan dəydiyi güman edilir. Faktla bağlı araşdırmalar davam edir. 
скачать dle 12.1
Xəbər lenti