Apple-ni sındıranlar elə həmin kompaniyaya işə dəvət olundu

18-01-2016, 16:48
0
Apple-ni sındıranlar elə həmin kompaniyaya işə dəvət olundu
Apple kompaniyası  son bir neçə ildə «almalı» qurğular üçün  təminat proqramını sındıran məşhur hakerləri işə dəvət edib. 
 
Cəmiyyətdə daha çox  P0sixninja və Chronic adı ilə tanınan  Coşua Hill və Uil Strafak  artıq yeni Apollo mobil platformunu  hazırlayacaq, həmçinin  gələcək iOS versiyasını qorumağa yardımçı olacaqlar.
 
Apple nümayəndələri məhz bu hakerləri seçməkdə məqsəd kimim, hakerlərin onların uzun illər sözügedən texnologiyada bütün «boşluqları» öyrənmələrini göstərib. Onların sözlərinə görə, Hill və Starfak hətta istehsalçıların belə xəbərləri olmadığı zəiflikdən xəbərdardılar.
 
Qeyd edək ki, yeni Appolo  platforması  nəinki  Apple məhsulunun sadə istifadəçisini, həmçinin  korporativ müştərilərin də təhlükəsizliyini təmin edəcək. Cari mobil  müdafiə - zərərli  təminat proqramının  yüklənməsi risqini azaldacaq, həmçinin istifadəçinin şəxsi məlumatlarının sızma təhlükəsini minimuma endirəcək.
 
Uill Starfak yeni Appolo  platformasının buraxılışını 2016-cı ilin birinci yarısına  planlaşdırıldığını bildirib.
скачать dle 12.1
Xəbər lenti