WhatsApp-a bu il gələcək möhtəşəm YENİLİKLƏR

19-02-2016, 15:59
0
WhatsApp-a bu il gələcək möhtəşəm YENİLİKLƏR
Dünyanın ən məşhur mesajlaşma tətbiqi olan WhatsApp daha yaxşı xidmət göstərməyin yollarını axtarır.
 
Səsli zəng, web vasitəsilə söhbət kimi funksiyalarla tətbiqi asanlaşdıran WhatsApp bu il də fərqli yeniliklərlə məşhurluğunu artırmağı hədəfləyir. WhatsApp-ın bu il xüsusilə iOS əməliyyatlar sistemi üçün bir neçə yeni xidməti işə salacaq. 
 
WhatsApp-ın bu il üçün gözlənilən yenilikləri bunlardır: 
 
Video zəng 
 
Yeni simvollar, yeni dizayn
 
Şəkil tənzimləmə
 
Qabaqcıl 3D Touch (İOS)
 
Qeyd edək ki, dünyada ən çox istifadə olunan pulsuz mobil mesajlaşma tətbiqlərindən biri olan WhatsApp-dan hazırda 430 milyondan çox istifadəçinin aktiv olaraq faydalanır. Bu da o deməkdir ki, WhatsApp 10 ayda istifadəçilərini 2 dəfə artırıb. Bundan 10 ay əvvəl WhatsApp istifadəçiləri gündəlik təxminən 20 milyard mesaj göndərirdi, 2014 ildə isə bu rəqəm gündəlik 50 milyardı keçib.
скачать dle 12.1
Xəbər lenti