HP 30 min nəfəri işsiz qoyacaq

18-09-2015, 16:15
0
HP 30 min nəfəri işsiz qoyacaq
ABŞ-ın Hewlett-Packard (HP) şirkəti yenidən iş yerlərinin ixtisarını aparacaq. 
 
Aparılan əməliyyatlar noyabrın 1-dən iki ayrı-ayrı şirkət arasında bölünəcək. Onlardan biri fərdi kompüter və printerlərin istehsalı, digəri korporativ serverlərin buraxılışı və xidmətlərin göstərilməsi ilə məşğul olacaq.
 
Fərdi kompüter və printerlərin istehsalı (HP Inc.) üzrə biznesə şirkətin vitse-prezidenti Dayon Vaysler rəhbərlik edəcək. Hewlett-Packard Enterprise adlanacaq ikinci şirkət HP-in hazırkı icraçı direktor Meq Uitmenin rəhbərliyi altında fəaliyyətini davam etdirəcək.
 
Çərşənbə axşamı analitiklərlə keçirilən görüş zamanı Hewlett-Packard Enterprise şirkətində 25-30 min iş yerinin ixtisar edilməsi ilə bağlı planlar açıqlanıb. Həmçinin HP Inc. şirkətində 3 ildə 3,3 min iş yerinin azaldılacağı qeyd olunub.
 
İş yerlərinin ixtisarı şirkətin illik xərclərinin 2,7 milyard dollar azaldılması, eləcə də hər iki bölmənin rəqabət qabiliyyətinin yaxşılaşdırılması üzrə planın tərkib hissəsidir.
 
Hazırda HP-nin əməkdaşlarının ştatı 300 min nəfər təşkil edir. 
скачать dle 12.1
Xəbər lenti