Telefonu “öldürən” 3 VƏRDİŞ: Mobil cihaza bunu etməyin

25-03-2023, 17:33
9 248
Telefonu “öldürən” 3 VƏRDİŞ: Mobil cihaza bunu etməyin

İstənilən smartfon sahibi qacetin mümkün qədər uzun müddət işləməsini istəyir. Aydındır ki, mobil cihaz köhnəldikdə atmaq da olmaz.

Aşağıdakı səhvlərdən ən azı birini etsəniz, o zaman cihazın xidmət müddəti qısalacaq.

Bəzi insanlar mobil cihazına o qədər aludə olurlar ki, hətta onu özləri ilə vanna otağına da aparırlar. Heç bir halda bu edilməməlidir. Mobil telefon suya düşə bilər, bunun nəticəsində onun sıradan çıxma ehtimalı yüksəkdir.

Həddindən artıq istilik smartfona mənfi təsir göstərir. İstilik zamanı mobil cihazı günəş şüalarının düşdüyü səthlərdə uzun müddət saxlamaq olmaz.

Pəncərə önü, avtomobil oturacağı, skamya – bütün bunlar qacetin uzun müddət qalmamalı olduğu yerlərdir.

скачать dle 12.1
Xəbər lenti