Salyan sakini qeyri-adi traktor düzəldib - FOTO

24-09-2015, 20:43
0
Salyan sakini qeyri-adi traktor düzəldib - FOTO
Salyanda rayon sakininin düzəltdiyi qeyri-adi traktor görənlərin marağına səbəb olub.
 
Pambıqkənd sakini Səxavət Məmmədov bu qeyri-adi traktoru bir neçə aya düzəldib.
 
O, mini traktor düzəldərkən dəmir dayaqlardan, adi dəmirdən, həmçinin generator mühərrikindən və "Jiquli"nin sürət qutusundan istifadə edib. Traktorun qabaq hissəsinə "Jiquli", arxa hissəsinə isə "Uaz" markalı avtomobillərin təkərlərini quraşdırıb. Traktorun kiçik olması həyətyanı sahələrdə rahat manevr etmək imkanı verir. O, bu tarktorla yer şumlayır, yük daşıyır. Bunula da əlavə xərclərə yol vermir.
 
Qeyd edək ki, bu qeyri-adi traktor qoşqusu ilə birlikdə 3 tondan çox yükgötürmə qabiliyyətinə malikdir.
 
 
 
 
 
 
скачать dle 12.1
Xəbər lenti