Eynulla Fətullayev Fransada saxlanıldı

12-10-2015, 17:20
0
Eynulla Fətullayev Fransada saxlanıldı

Jurnalist Eynulla Fətullayev Fransanın Kale şəhərində yerli polis tərəfindən saxlanılıb. Məlumatı ona məxsus virtualaz.org saytı yayıb. Məlumatda deyilir ki, hadisə E.Fətullayevin rəhbərlik etdiyi haqqin.az saytının çəkiliş qrupu La-Manş tunelinin yaxınlığında  tunel vasitəsilə Britaniyaya keçməyə çalışan qaçqınlar barədə reportaj hazırlayarkən baş verib.

E.Fətullayevlə bərabər operator Əli Sultanov və rejissor İdris Heydərov da saxlanılıblar. Polis onların sənədlərini alıb. Hər üç jurnalisti hazırda polis maşınında saxlayırlar. Polis onların niyə saxlanıldıqları barədə suala cavab verməkdən imtina edir.

скачать dle 12.1
Xəbər lenti