Bakıdan Sumqayıta getmək istəyənlərin işi çətinləşib

27-10-2015, 21:49
0
Bakıdan Sumqayıta getmək istəyənlərin işi çətinləşib
Bakıdan Sumqayıta getmək istəyən şəxslər dünən metronun 20 Yanvar stansiyasının yaxınlığına ciddi problemlə üzləşiblər. 
 
Ərazidə olan polislər Bakı-Sumqayıt marşrutu üzrə işləyən və bir sərnişini 50-60 qəpikdən daşıyan avtobusları xətdən kənarlaşdırıblar. Lakin xidmətləri baha olan minik avtomobillərinin eyni işinə maneçilik törədilməyib. Nəticədə sərnişinlər eyni yolu 3-4 qat baha qiymətə getməli olublar. Elə bu səbəbdən ərazidə sərnişinlərlə polislər arasında qarşıdurma yaranıb. Hətta iş o yerə çatıb ki, sərnişinlər polislərin xətdən kənarlaşdırmaq istədikləri avtobusun qarşısını kəsərək buna mane olublar. 
 
Sərnişinlərin dediyinə görə, bu ilk belə hal deyil və son günlərdə çox intensiv şəkil alıb. 
скачать dle 12.1
Xəbər lenti