ABŞ Konqresi 607 milyard dollarlıq müdafiə büdcəsini qəbul edib
11-11-2015, 17:37
0
ABŞ Konqresi 607 milyard dollarlıq müdafiə büdcəsini qəbul edib
ABŞ prezidenti Barak Obamanın büdcəylə əlaqədar bəzi ixtilaflara görə və Quantanamo hökümləri səbəbindən keçən ay veto etdiyi Milli Müdafiə Səlahiyyət Qanunu Konqresdə yenidən qəbul olunub.
Qanun layihəsi 2/3 çoxluqla - yenidən veto edilməyəcək şəkildə Obamanın imzalaması üçün göndərilib.
Qanunların biri Obamanın prezidentliyi dövründə hədəflərdən olan Quantanamodakı məhbusların ABŞ-a göndərilməsi yolu ilə, həbsxananın bağlanmasının qarşısının alınması ilə bağlıdır.
Bundan başqa, Rusiya tərəfdarlarına qarşı vuruşan Ukrayna güclərinə 300 milyon dollardıq silah yardımı üçün Obamaya səlahiyyət verilməsi, həmçinin Suriyada hökumət müxaliflərinə (406 milyon dollar) və İraqda İŞİD-ə qarşı mübarizə aparan silahlılar üçün (715 milyon dollar) fond yaradılması qanunda yer alır.
Qanun layihəsinin konqresdən bu s əs çoxluğu ilə keçməsi Quantanamonu bağlamaq və məhbusların ABŞ –a köçürülməsini istəyən Obamanın planının həyata keçirməsini çətinləşdirə bilər.
скачать dle 12.1