|
5 aya yaxın müddətdə əmək haqqını ala bilmədiklərinə görə dəfələrlə etiraz aksiyası keçirən “Azərinşaat” fəhlələri bu gün “Azəryolservis”in qarşısına toplaşıb. “Azərinşaat”ın etiraz edən fəhlələrini “Azəryolservis” rəsmisi Cəmil Rüstəmxanlı qəbul edib. Onun sözlərinə görə, Maliyyə Nazirliyi ödənişi “Azəryolservis”in balansına keçirən gündən bir həftə müddərinə maaşlar ödəniləcək.
|