İnsanların sağaldığı yox, dərdə düşdüyü xəstəxanalar

20-11-2015, 12:41
0
İnsanların sağaldığı yox, dərdə düşdüyü xəstəxanalar


Ölkəmizdə fəaliyyət göstərən bir çox xəstəxanaların vəziyyəti ürəkaçan deyil.

 

Ölkəmizdə müasir standartlara cavab verən xəstəxanalarla yanaşı, bərbad vəziyyətdə olan səhiyyə ocaqları da az deyil.
 
Sabunçu rayonunda fəaliyyət göstərən Azərsu tikinti xəstəxanasına, nəinki, xəstə adam getsə sağalmaz, hətta, sağlam adam getsə, xəstəlik tapar.
 
Sabunçu rayonunda yerləşən bu müəssisədə xəstələri sağaltmaq üçün heç bir yeni aparat, avadanlıq yoxdur. Ümumiyyətlə, xəstəxana fəaliyyət göstərmək, xəstə qəbul etmək iqtidarında deyil. Həmin müəssisədən müalicə alan vətəndaşların çəkib göndərdiyi fotoları sizə təqdim edirik:
 
 
 
 
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizdə fəaliyyət göstərən bütün xəstəxanalar mütəmadi olaraq, təmir olunur:
 
"Nəinki, Sabunçu rayonunda, ümumiyyətlə, şəraiti bərbad olan bütün xəstəxanaların təmiri nəzərdə tutulur. Mütəmadi olaraq, yenilənmə, təmir işləri artıq planlaşdırılıb, bu il, ya gələn il həmin xəstəxanalar da təmir olunaraq, yeni avandanlıqla xəsətlərin ixtiyarına veriləcək", - deyə qurumdan bildirdilər.
 
Mətbuat xidmətindən aldığımız məlumata görə, istənilən şəxs Səhiyyə Nazirliyin qaynar xəttinə müraciət edərək, öz şikayət və təkliflərini deyə bilər.
 
 
Günü-gündən xəstəliklərin, infeksiyaların artdığı bir vaxtı xəstəxanalarımızn hər birininə əlavə vəsaitin ayrılmasına və sistemə nəzarətin gücləndirilməsinə ehtiyac var. Hətta, prezident İlham Əliyev də dəfələrlə bu sahə ilə bağlı sərəncamlar da verib. 
 

 

Bu sərəncamlar Tibbi Yardım Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi, yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş təcili tibbi yardım avtomobilləri, etibarlı rabitə-dispetçer sistemi, dərman vasitələri ilə təmin edilməsinin həyata keçirilməsi məqsədi daşıyır. Odur ki, yaxın bir-iki il ərzində ölkəmizdə təmirsiz heç bir tibb müəssisəinin qalmayacağına inanırıq.
скачать dle 12.1
Xəbər lenti