Dolların qalxması metroda gediş haqlarına təsir edəcəkmi?

22-12-2015, 02:23
0
Dolların qalxması metroda gediş haqlarına təsir edəcəkmi?


“Bakı Metropoliteni” açıqlama verib.

Metroda gediş haqlarını Tarif Şurası müəyyən edir. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev dolların qalxmasının “Bakı Metropoliteni”ndə gediş haqlarına nə qədər təsir edəcəyi barədə suala cavab olaraq bildirib.
 
O qeyd edib ki, “Bakı Metropoliteni”ndə gediş haqları ilə bağlı dəqiq bir söz demək mümkün deyil:
 
“Ümumiyyətlə “Bakı Metropoliteni”ndə gediş haqlarının qaldırılması müzakirə olunmur”.
 

 

Qeyd edək ki, bu gün Mərkəzi Bank manatın üzən məzənnə siyasətinə keçdiyini elan edib. Nəticədə dollar bir gündə 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb.
скачать dle 12.1
Xəbər lenti